21 
Noy
2020
14:40
695
21
6855
Virtual karabakh

28 il sonra işğaldan azad edilən Ağdamın görüntüləri - FOTO

21 Noy, 2020
14:40
6855

28 il sonra işğaldan azad edilən Ağdamın görüntüləri - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğaldan azad edilən Ağdam şəhərində bütün mülki obyektlər, yaşayış evləri tamamən dağıdılıb, infrastruktur sıradan çıxarılıb.

APA-nın məlumatına görə, erməni vandallığı buradan da yan keçməyib: “Şəhərdəki bütün tikililər dağıdılıb. Azərbaycan əsgərləri artıq Ağdamın mərkəzindəki məscidi təmizləyiblər”.

Qeyd edək ki, Azərbaycan Ordusu Ağdama noyabrın 20-də daxil olub və Azərbaycanın üçrəngli bayrağını sancıb. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı atəşkəs bəyanatına əsasən, Ağdam rayonu Azərbaycana təhvil verilib.

Noyabrın 25-ə kimi Kəlbəcər, dekabrın 1-nə kimi isə Laçın rayonlarının Azərbaycana təhvil verilməsi nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri