22 
Noy
2020
12:51
279
62
3132
Virtual karabakh

Qubada karantin rejimini pozan hotel aşkarlandı - FOTO

22 Noy, 2020
12:51
3132

Qubada karantin rejimini pozan hotel aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirusla mübarizə çərçivəsində aparılan monitoriq zamanı xüsusi karantin qaydalarının pozulması faktları aşkar olunub. 

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları axşam saatlarında inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək, fəaliyyət göstərən hotel aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Akif Babayev, orada çalışan iki işçi və səkkiz nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər. 

Həmin şəxslər barəsində İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Keçirilmiş digər bir tədbir zamanı rayon ərazisində qaydaları pozaraq fəaliyyət göstərən tikinti materialları mağazası aşkarlanıb. Həmin obyektin fəaliyyəti də dayandırılıb, orada çalışan satıcı və fəhlə barədə inzibati qaydada tədbirlər görülüb. 

Qeyd edək ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri