23 
Noy
2020
12:06
233
16
2005
Virtual karabakh

Ağstafada koronavirus xəstəsinə cinayət işi açıldı

23 Noy, 2020
12:06
2005

Ağstafada koronavirus xəstəsinə cinayət işi açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafa rayon sakininə evdən icazəsiz çıxdığı üçün cinayət işi açılıb.

Bu barədə Ağstafa rayon prokurorluğu məlumat yayıb.

Belə ki, Ağstafa rayon sakini 1964-cü il təvəllüdlü Qadirli Ramiz Əziz oğlu 07.11.2020-ci il tarixdə “COVID-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 08.11.2020-ci il tarixdə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə sərnişin daşıyaraq epidemiya əleyhinə tədbirlərin şərtlərini, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Ağstafa rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri