23 
Noy
2020
14:44
218
31
1354
Virtual karabakh

Goranboyda yaşayış yerini tərk edən COVID-19 xəstələri aşkarlandı

23 Noy, 2020
14:44
1354

Goranboyda yaşayış yerini tərk edən COVID-19 xəstələri aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb ediliblər.

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Safıkürd kənd sakini Kəniş Həsənovun və Boluslu kənd sakini Kamil Əliyevin ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları ünvanları tərk etmələri müəyyən edilib.

Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndəriblər. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri