23 
Noy
2020
20:18
650
23
3742
Virtual karabakh

Altı yaşlı Selinin köməyimizə ehtiyacı var - VIDEO

23 Noy, 2020
20:18
3742

Altı yaşlı Selinin köməyimizə ehtiyacı var - VIDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Altı yaşlı Selin.. Bu yaşında o, uşaqlığını yaşamaqdan məhrumdur. Onu digər həmyaşıdlarından geridə qoyan səbəblər var. Selin üç yaşından bəri autizm, epilepsiya xəstəliyi ilə mübarizə aparır.

Selinin atası Ruslan deyir ki, balacanın altı yaşı olmasına baxmayaraq, özünü idarə edə bilmir. Hətta bir dəfə 18-ci mərtəbənin açıq qalan pəncərəsindən yıxılma həyəcanını da valideynlərinə yaşadıb. Bəzən Selin balaca qardaşını boğur, hətta özünə xəsarət yetirə biləcək dərəcəyə gəlib çıxır.

Xəstəlik Selinin inkişafında getdikcə geriləməyə səbəb olur. Azərbaycanda bir neçə dəfə müalicə kursundan keçən balacanın səhhətində müsbət nəticələr əldə olunmayıb. Selinin xəstləliyinə dərman olacaq həkim isə Almaniyada xəstəxanaların birində çalışır. Doqquz minə yaxın avro Selini öz yaşıdları ilə oynamağa, parta arxasında oturmağa, valideynlərinin sevincinə səbəb olan amillərə qovuşdura bilər.

Sadəcə, altı yaşlı bu balaca üçün o xeyirxah əlləri uzatmaq sizə düşür. Ailə balaca Selinin adına hesab nömrəsi də açdırıb. “MilliÖn” və “E-manat” ödəmə terminalları vasitəsilə yardım etmək mümkündür.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri