24 
Noy
2020
17:00
367
11
4025
Virtual karabakh

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinə başlanıldı - Xəbərlərin 17:00 buraxılışı

24 Noy, 2020
17:00
4025

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinə başlanıldı - Xəbərlərin 17:00 buraxılışı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.

Prezident İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq beş milyon manat ayırıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında sərəncam imzalayıb.

“Mən öz ordumla qalib kimi Ağdama gəlmişəm. Siz isə həyatınızın sonunadək məğlub edilmiş damğası ilə yaşayacaqsınız” - Prezident İlham Əliyev Sarqsyan və Koçaryana səsləndi.

Azərbaycanlıların qətlinə başçılıq etmiş Astvasatur Petrosyan öldü. Erməni terrorçu Geras Avetisyan isə beynəlxalq axtarışa veriləcək.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinə başlanıldı. Yolun ümumi uzunluğu 101.5 kilometr təşkil edəcək.

Daha ətraflı BAKU NEWS-un 17:00 buraxılışında:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri