24 
Noy
2020
11:30
106
22
4202
Virtual karabakh

Nazirlik rəsmisindən qrip peyvəndləri ilə bağlı VACİB AÇIQLAMA

24 Noy, 2020
11:30
4202

Nazirlik rəsmisindən qrip peyvəndləri ilə bağlı VACİB AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oktyabrın 12-dən mövsümi qripə qarşı Azərbaycanda tətbiq edilən peyvənd kampaniyası artıq yekunlaşmaq üzrədir. Bakıya və rayonlarda qrip əleyhinə paylanılan peyvəndlərin 80 faizi artıq istifadə edilib”. 

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib.

Onun sözlərinə görə, ölkəyə gətirilən qrip peyvəndlərinin çox hissəsi əhalinin vaksinasiyasına istifadə edilib:

“Qrip peyvəndi, nəzərdə tutulduğu kimi, tibb işçiləri, xroniki tənəffüs problemi olan altı aydan böyük uşaqlar, hamilə qadınlar və böyüklərə istifadə edildi. Həmin şəxslərdən əlavə insanlar da mövsümi qrip peyvəndi almaq üçün yerli müəssisələrə müraciət edirlər”.

“Xəstəxanalarda pulsuz həyata keçirilən peyvəndləməyə maraq böyükdür. Gətirilən peyvəndlər keyfiyyətlidir”, - deyə o qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri