24 
Noy
2020
15:57
269
88
2973
Virtual karabakh

Polis Qaxda yoxlamalara başladı - FOTO

24 Noy, 2020
15:57
2973

Polis Qaxda yoxlamalara başladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sərtləşdirilmiş karantin rejiminin qaydalarına riayət edilməsi məqsədilə Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən ərzaq satışı ilə məşğul olan mağazalarda, apteklərdə, ATM-lərin qarşısında, eləcə də, açıq ictimai məkanlarda reydlər keçirilir.

Karantin rejiminin tələbləri vətəndaşların diqqətinə çatdırılır və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bu qaydalara riayət etmələrinin vacibliyi vurğulanır.

Karantin rejimi qaydalarını pozan, tibbi maskadan istifadə etməyən  və yaxud tələb olunan normalara uyğun şəkildə taxmayan şəxslər aşkarlandıqda qanunvericiliyə uyğun olaraq, onlar inzibati məsuliyyətə cəlb olunurlar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri