24 
Noy
2020
17:12
346
31
1736
Virtual karabakh

Cəlilabadda yaşayış yerini tərk edən koronavirus xəstələri saxlanıldı

24 Noy, 2020
17:12
1736

Cəlilabadda yaşayış yerini tərk edən koronavirus xəstələri saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş üç nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyənləşib.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad rayonunun Sərhədabad kənd sakini E.Qədirova, Zopun kənd sakini N.Nəsirova və Privolnoye kənd sakini A.Nuriyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara tətbiq olunan qaydalara riayət etmələri, yaşayış yerini tərk etməmələri tapşırılıb.

Lakin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar aşkar edilərək yaşadıqları ünvanlara qaytarılıblar.

COVID-19 infeksiyasının daşıyıcısı olan hər üç şəxslə profilaktik söhbətlər aparılıb, onların bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətə çatdırılıb və tam sağalanadək evdən çıxmamaları barədə ciddi xəbərdarlıq edilib.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri