25 
Noy
2020
10:56
25
218
3915
Virtual karabakh

Sərt karantin rejimində maşın təmir etmək baha başa gəldi

25 Noy, 2020
10:56
3915

Sərt karantin rejimində maşın təmir etmək baha başa gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubada koronavirusla mübarizə çərçivəsində tətbiq edilən karantin qaydalarını pozan obyekt aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində inzibati ərazidə xidmət aparan zaman karantin rejiminə əməl etməyərək, fəaliyyət göstərən avtomobil və təkər təmiri məntəqəsi aşkarlayıblar.

Dərhal həmin obyektlərin fəaliyyətləri dayandırılıb, qaydaları pozan şəxslər barəsində İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri