25 
Noy
2020
15:41
672
7
3846
Virtual karabakh

Gəncədə kəlbəcərlilərin zəfər sevinci - FOTO/VİDEO

25 Noy, 2020
15:41
3846

Gəncədə kəlbəcərlilərin zəfər sevinci - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərində Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə bayram şənliyi keçirilib.

Baku TV xəbər verir ki, tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Türkiyənin Gəncədəki konsulu  Zeki Öztürk və qonaqlar Ulu öndər Heydər Əliyevin abidəsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül dəstələri düzüblər.

Gəncədə Kəlbəcər rayonundan olan məcburi köçkünlər rayonun işğaldan azad edilməsi xəbərini rəqslərlə, əylənərək qeyd ediblər.

Bayram şənliyi Kəlbəcər rayonundan olan soydaşlarımızın məcburi köçkünlər üçün salınan müvəqqəti yaşayış qəsəbəsində keçirilib. Uşaqdan böyüyə hər kəs Kəlbəcərdən gələn xoş xəbərin coşqusunu yaşayıb.

Bildirək ki, Gəncə şəhəri kəlbəcərli məcburi köçkünlərin ən sıx yerləşdiyi şəhərlərdən biridir. Ölkənin ikinci böyük şəhərində 15 minə yaxın Kəlbəcər rayonundan olan məcburi köçkün yaşayır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri