25 
Noy
2020
17:48
306
19
1360
Virtual karabakh

Sosial Xidmətlər Agentliyi postmüharibə dövrü üçün psixoloji dəstək tədbirlərinə başlayıb

25 Noy, 2020
17:48
1360

Sosial Xidmətlər Agentliyi postmüharibə dövrü üçün psixoloji dəstək tədbirlərinə başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi postmüharibə dövrü üçün psixoloji dəstək tədbirlərinə başlayıb.

Nazirlikdən verilən məlumata görə, 44 günlük müharibə dövründə agentlik erməni təxribat və terrorundan zərər çəkən şəxslərlə, ailələrlə görüşərək, onlara ehtiyac duyduqları psixoloji xidmətləri göstərib. Terror qurbanı olmuş şəxslərin ailələrinin sosial vəziyyətlərinin qiymətləndirilməsi, onlara göstəriləcək sosial dəstək tədbirlərinin müəyyənləşdirilməsi işləri də aparılıb.

Postmüharibə dövrü üçün psixoloji dəstək tədbirləri çərçivəsində həmin işlər davam etdirilməklə, eyni zamanda şəhid ailələrinin üzvləri, hərbi xidmət zamanı yaralanaraq evinə qayıdan şəxslər psixoloji dəstəklə əhatə edilir. Qurumda yaradılmış peşəkar psixoloq və psixiatrlarından ibarət qrup ilk mərhələdə Bakı, Sumqayıt, Yevlax, Gəncə, Bərdə, Tərtər, Şirvan, Ağcabədi,  Ağdam şəhər və rayonlarında qeyd edilən kateqoriyadan olan şəxslərə xidmətlərə başlayıb. 

Bu xidmətlərə onlar üçün psixo-maarifləndirmə işlərinin aparılması, terapiyaların, fərdi və qrup şəklində konsultasiyaların keçirilməsi və s. daxildir. Psixoloji yardıma ehtiyacı olanlar aşkarlanaraq qeydiyyata alınır, məskunlaşdıqları ərazilər üzrə psixoloqlara müvafiq bildiriş və tövsiyələr də verilir. 

Son günlərdə isə Agentlikdə yeni bir xidmət - müharibədən zərərçəkənlər üçün onlayn “Psixoloji dəstək xətti” (050 406 75 85) fəaliyyətə başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri