25 
Noy
2020
23:00
278
35
3356
yuxarı
Biləsuvarın icra başçısına yeni müavin təyin edilib
Biləsuvar Rayon İcra Hakimiyyətində yeni müavin təyinatı olub.
“Report”un məlumatına görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncamla bu vəzifəyə Vəlahəddin Yusif oğlu Yunsurov təyin olunub. O, icra hakimiyyətinin başçısının müavini - Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini icra edəcək.
V. Yunsurov bu vəzifəyə qədər 4 saylı Ərazi Vergilər İdarəsində Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin rəisi vəzifəsində çalışıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək