26 
Noy
2020
16:04
513
36
5396
Virtual karabakh

27 il çap edilən “Polis” qəzeti fəaliyyətini dayandırdı

26 Noy, 2020
16:04
5396

27 il çap edilən “Polis” qəzeti fəaliyyətini dayandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən 1993-cü ildə təsis edilmiş “Polis” qəzeti fəaliyyətini dayandırıb.

Oxu.Az xəbər verir ki, qəzet beş minə yaxın nüsxə ilə həftədə bir dəfə (cümə günü) Azərbaycan dilində nəşr olunurdu.

Bakı Şəhər Baş Polis İdarəsinin “Polis” qəzetinin ideyaları Daxili İşlər Nazirliyi tərəfindən 1933-cü ildə təsis edilmiş “Mübariz keşikdə” qəzetində davam etdiriləcək.

Belə ki, adıçəkilən qəzet polisin fəaliyyət prinsiplərini (insan və vətəndaş hüquqlarına, azadlıqlarına hörmət, qanunçuluq, humanistlik) və istiqamətlərini (ictimai qaydaların qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin, digər hüquqpozmaların qarşısının alınması və açılması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi) əsas götürərək, polislə vətəndaşlar arasında şəffaf əlaqələrin yaradılmasına xidmət edir.

Bu barədə ilk məlumatı APA yayıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri