27 
Noy
2020
09:54
753
15
11109
Virtual karabakh

Kəlbəcərin İstisuyunun yeni görüntüləri - VİDEO

27 Noy, 2020
09:54
11109

Kəlbəcərin İstisuyunun yeni görüntüləri - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kəlbəcər rayonu ərazisində yerləşən “İstisu” sanatoriyasının görüntüləri paylaşılıb.

Bu barədə video sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Kəlbəcər İstisu mineral ehtiyatı və “İstisu” sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib.

Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin noyabrın 9-da imzaladıqları üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri