27 
Noy
2020
11:00
396
6
1270
Virtual karabakh

“Avrora Qrup” Qızıl Aypara Cəmiyyəti ilə birlikdə hərbi xidmətdə olan əsgərlərimizin ailələrinə yardım edib

27 Noy, 2020
11:00
1270

“Avrora Qrup” Qızıl Aypara Cəmiyyəti ilə birlikdə hərbi xidmətdə olan əsgərlərimizin ailələrinə yardım edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın şanlı ordusu Qarabağda tarix yazaraq, ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Müzəffər ordumuz Azərbaycan xalqına qələbə sevincini yaşatdı. “Avrora Qrup” Qızıl Aypara Cəmiyyəti ilə birlikdə hazırda hərbi xidmətdə olan əsgərlərimizin ailələri ilə görüşərək, onların qayğıları ilə maraqlanıb, aztəminatlı ailələrə ərzaq yardımı edib. 

Yardım aksiyası çərçivəsində Bakının Binəqədi, Biləcəri, Rəsulzadə qəsəbələrində yaşayan aztəminatlı əsgər ailələrinə ərzaq bağlamaları çatdırılıb.

Şirkət, eyni zamanda, hərbi xidmətə yollanan, vətənimiz üçün qəhrəmanlıq göstərən əməkdaşlarının ailələri ilə mütəmadi görüşür, onların qayğıları ilə maraqlanır. Maddi və mənəvi dəstək göstərir. 

“Avrora Qrup” ölkəmizdə aparıcı distribüter və istehsalçı şirkətdir. “Avrora” şirkətinin istehsalı olan “DoyMak”, “Lafarella”, “Tanelli”, “KreKi”, “Sladyaona”, “Sladok”, “Naş maloçnik”, “Bizon” və digər brendlər, eyni zamanda, distribüteri olduğu məhsullar barədə ətraflı məlumat almaq, şikayət və təkliflərinizi bildirmək üçün *0100 qaynar xəttinə zəng etməyiniz xahiş olunur. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri