27 
Noy
2020
13:18
332
28
1201
Virtual karabakh

Paytaxt küçələri növbəti dəfə dezinfeksiya ediləcək

27 Noy, 2020
13:18
1201

Paytaxt küçələri növbəti dəfə dezinfeksiya ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda koronavirusla mübarizə çərçivəsində dezinfeksiya tədbirləri gücləndirilir.

Bu barədə Oxu.Az-a paytaxtın kommunal strukturlarından məlumat verilib. 

Bildirilib ki, son günlərdə COVID-19-a yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq, noyabr ayının 28-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.  

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri