27 
Noy
2020
14:06
205
9
895
Virtual karabakh

Azərbaycanla Meksika arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO

27 Noy, 2020
14:06
895

Azərbaycanla Meksika arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores ilə görüşüb.

Bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Anar Kərimov görüş zamanı bu günlərdə Azərbaycanın tarixi zəfəri ilə başa çatan Vətən müharibəsindən söz açıb, işğaldan azad olunan əzəli yurd yerimiz Qarabağın zəngin tarixi-mədəni irsə malik olduğunu, Azərbaycan mədəniyyətinin beşiyi sayıldığını vurğulayıb. Eyni zamanda, Ermənistanın təcavüzkar və işğalçı siyasəti nəticəsində Azərbaycan mədəniyyətinə və irsinə dəymiş ziyan, vandalizm aktları barədə məlumat verib.

Azərbaycanla Meksika arasında müxtəlif istiqamətlərdə münasibətlərin uğurla inkişaf etdiyini qeyd edən A.Kərimov ikitərəfli mədəni əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.  

Səmimi qəbula görə təşəkkürü bildirən səfir öz növbəsində fəaliyyəti dövründə Azərbaycanla Meksika arasında iqtisadi, siyasi və digər sahələrlə yanaşı mədəniyyət sahəsində də əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib.

Görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Saziş”-ə də toxunulub, mədəniyyət sahəsində mövcud əlaqələrə töhfə olaraq qarşılıqlı mədəniyyət günlərinin təşkili, hər iki ölkədə Azərbaycan və Meksikanın zəngin mədəniyyətlərinin təqdim edilməsi məqsədilə birgə layihələrin icrası məsələləri müzakirə olunub.

Sonda müvafiq sahədə inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri