27 
Noy
2020
13:56
194
140
2819
Virtual karabakh

Milli Məclisin koronavirusa yoluxan deputatı sağaldı - FOTO

27 Noy, 2020
13:56
2819

Milli Məclisin koronavirusa yoluxan deputatı sağaldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin koronavirusa yoluxan deputatlarından biri, Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Rəşad Mahmudov sağalıb. 

Bu barədə Oxu.Az-a həkim özü məlumat verib. 

Ev şəraitində müalicə alan R.Mahmudov artıq virusdan sağaldığını bildirib:

“Təəssüf ki, bu virusa yoluxmuşdum. Amma sizin dualarınız sayəsində artıq sağalmışam. Mən ağciyər tutulması ilə evdə doğru dərman (ağızdan antiviral tabletka, vitamin C və parasetamol qəbulu), yataq rejimi, istirahət edərək müalicə olundum. Arzu edirəm, siz qripə yoluxmayın, amma yoluxmaqdan da qətiyyən qorxmayın.

Bu gün dünyada COVID-19-un müalicəsində ən əsas üç təhlükəli vəziyyət hökm sürür. Bunlar kontrol edilməyən qorxu və stress, oksigen saturasiyasının 90 faizin altına düşmədən, sadəcə, qripal simptomlara görə insanların xəstəxanaya yerləşdirilməsi üçün axın etməsi, antiviral preparatların vaxtında qəbul edilməməsi və ya onların yerinə lazımsız (antibiotik) və təhlükəli (deksametazon) preparatların ilk günlərdə qəbul edilməyə başlanılmasıdır.

Əmin olun ki, bu üç vacib məqamı dərk edib ona riayət edən cəmiyyətlər bu pandemiya ilə mübarizədə minimum itki ilə vəziyyətdən çıxacaq. Özünüzü qoruyun. Hər birinizə sağlam və təhlükəsiz həyat arzu edirəm”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri