27 
Noy
2020
15:42
479
18
6950
Virtual karabakh

Azərbaycanda əhəmiyyətli avtomobil yolu bir neçə marşrut üzrə yenidən qurulur - FOTO

27 Noy, 2020
15:42
6950

Azərbaycanda əhəmiyyətli avtomobil yolu bir neçə marşrut üzrə yenidən qurulur - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağcabədi rayonunun Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata əsasən, uzunluğu 41 km olan avtomobil yolları respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolundan ayrılır.

Layihəyə uyğun olaraq yol bir-neçə marşrut üzrə yenidən qurulur. Bu Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 27,4 km uzunluğa malik yollar, həmçinin 5,6 km Avşar, 2,9 km Salmanbəyli, 4,5 km Aşağı Avşar və 0,6 km Xocavənd kəndlərinin daxili yollarıdır.

Birbaşa olaraq vətəndaşların rahat gediş-gəlişinə maneə yaradan çatışmazlıqları aradan qaldırmaq məqsədi ilə agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilməklə yenidənqurma işləri sonuncu mərhələ üzrə həyata keçirilir.

Layihənin sonuncu mərhələsində yol boyu dörd avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yol boyu 72 yol nişanlı və məlumatverici lövhə, 840 təhlükəsizlik dirəklərinin və km göstəricilərinin quraşdırılması, həmçinin xətlənmə işlərinin aparılması ilə müasir yol infrastrukturu yaradılacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri