28 
Noy
2020
18:00
473
23
4123
Virtual karabakh

“Çovdar” mədənində ağac əkilib - FOTO

28 Noy, 2020
18:00
4123

“Çovdar” mədənində ağac əkilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib.

QSC-dən Oxu.Az-a verilən məlumata əsasən, aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və “AzerGold” tərəfindən QSC-nin Daşkəsən rayonunda yerləşən “Çovdar” mədənində baş tutub və yaşıllıq sahələrinin artırılması, ekoloji tarazlığın təmin edilməsinə töhfə vermək məqsədilə təşkil edilib.

Aksiya çərçivəsində təqribən 4 hektar ərazidə ümumilikdə 3000 göyrüş, ağcaqayın və akasiya tingləri əkilib, həmçinin xüsusi ayırılmış əraziyə palıd, göyrüş və ağcaqayın toxumları səpilib. Yeni əkilən ağac tingləri və toxumlar suvarılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri