29 
Noy
2020
13:13
462
15
2329
Virtual karabakh

UNICEF Qarabağ münaqişəsinə görə Azərbaycana yardım göndərdi - FOTO

29 Noy, 2020
13:13
2329

UNICEF Qarabağ münaqişəsinə görə Azərbaycana yardım göndərdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UNICEF-in Azərbaycandakı Nümayəndəliyi Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş qadın və uşaqları ilkin səhiyyə xidməti, tibbi yardımla təmin etmək üçün tərkibində dərman və ilk tibbi yardım materiallarının olduğu bağlamaları Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) təhvil verib.

Bu barədə TƏBİB məlumat yayıb.

Bağlamaların 180-i Ağdam, Ağcabədi və Bərdə rayon xəstəxanalarına çatdırılacaq. Digərləri  isə UNICEF, TƏBİB və Regional İnkişaf İctimai Birliyinin birgə təşəbbüsü çərçivəsində bu rayonlardakı xəstəxanalardakı 20 körpə dostu otaqda fəaliyyət göstərəcək həkim və tibb bacılarına paylanılacaq. 

Bu təşəbbüs çərçivəsində ana südü ilə qidalandırma və  erkən uşaqlıq dövrü inkişafı və qayğısı üzrə xidmətlərin göstərilməsi də təmin ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri