29 
Noy
2020
15:27
385
56
3075
Virtual karabakh

Yaşadığı evi tərk edən COVID-19 xəstəsinə cinayət işi açıldı - VİDEO

29 Noy, 2020
15:27
3075

Yaşadığı evi tərk edən COVID-19 xəstəsinə cinayət işi açıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaşayış yerinin qanunsuz tərk edən aktiv COVID-19 daşıyıcısı barədə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi, rayon sakini Səbuhi Ağayev saxlanılıb. 

Araşdırma zamanı müəyyən edilib ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq, dəfələrlə polis əməkdaşlarının xəbərdarlıqlarına baxmayaraq, yaşadığı ünvanı tərk edib.

Onun evini tərk edərək, rayon ərazisində insanların hərəkət edtdiyi məkanlara getməsi polislər tərəfindən aşkar edilib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə S.Ağayev yaşadığı evə qaytarılıb.

Onun barəsində toplanan materiallar Zərdab RPŞ-nin İstintaq Bölməsinə təqdim edilib.

S.Ağayev barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri