30 
Noy
2020
01:45
32
510
7344
Virtual karabakh

Masazırda yaşayış binasında yanğın: Sakinlər təxliyyə edildi - YENİLƏNİB

30 Noy, 2020
01:45
7344

Masazırda yaşayış binasında yanğın: Sakinlər təxliyyə edildi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonunun Masazır qəsəbəsində çoxmərtəbəli yaşayış binasının zirzəmisindən 13-cü mərtəbəsinə qədər şaxta boyunca elektrik kabelləri 39 p.m, mərtəbələrin pilləkən qəfəslərində quraşdırılan 52 ədəd elektrik sayğacı və zirzəmisində ümumi sahəsi 150 m² olan mebel sexinin giriş qapısı yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Yanğın zamanı 37 nəfər bina sakini (onlardan 7 nəfəri azyaşlıdır) yanğınsöndürənlər və xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Sayğacların qalan hissəsi, mənzillər və mebel sexi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

19:39

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yaşayış binasında (Viktoriya yaşayış kompleksi) yanğın olması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, binanın şaxtasında elektrik naqilləri və sayğaclar yanıb. 17 nəfər bina sakini (o cümlədən 7 azyaşlı) təhlükəsiz əraziyə çıxarılıb. Yanğın söndürülüb.

Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri