30 
Noy
2020
05:29
30
229
7636
Virtual karabakh

Bakıda üçmərtəbəli hosteldəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO

30 Noy, 2020
05:29
7636

Bakıda üçmərtəbəli hosteldəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi ünvanında üçmərtəbəli binada baş vermiş yanğın saat 05:00-da yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Baku TV-nin əldə etdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

04:47

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi ünvanında üçmərtəbəli binada (hostel kimi fəaliyyət göstərdiyi qeyd olunub) yanğın olması barədə məlumat daxil olub. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, üçmərtəbəli binanın 3-cü mərtəbəsi və dam örtüyü yanır. Binada yaşayış yoxdur.

Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

04:30

Paytaxtın Nəsimi rayonunda yanğın başlayıb.

Baku TV xəbər verir ki, hadisə Bəşir Səfəroğlu küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş verib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə texnikası və canlı qüvvəsi cəlb edilib.

Yaşayış binasının dam örtüyündə başlayan yanğın qısa zamanda digər binaya da keçib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Kamil Əmirli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri