30 
Noy
2020
10:06
231
21
1613
Virtual karabakh

Oğuzda xüsusi karantin rejimi qaydalarını pozan koronavirus xəstəsi saxlanıldı

30 Noy, 2020
10:06
1613

Oğuzda xüsusi karantin rejimi qaydalarını pozan koronavirus xəstəsi saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oğuzda COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı ünvanı tərk etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə, koronavirus testinin nəticəsi pozitiv olan Tariyel Əliyevə ev şəraitində müalicə təyin edilib, karantin rejiminin qaydaları ona izah olunub. Lakin o, qaydalara əməl etməyərək yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün təhlükə yaradıb. Polis əməkdaşları onun olduğu yeri müəyyən ediblər və həkim briqadasının da iştirakı ilə o yaşadığı ünvana geri qaytarılıb.

T.Əliyev barəsində Oğuz Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri