30 
Noy
2020
10:54
199
31
1052
Virtual karabakh

Astara və Masallıda evi tərk edən üç COVID-19 xəstəsi saxlanıldı

30 Noy, 2020
10:54
1052

Astara və Masallıda evi tərk edən üç COVID-19 xəstəsi saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astara və Masallıda polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha üç şəxsin yaşayış yerini tərk etdiyi müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Astara rayonunun Süparibağ kənd sakini N.Babayevə, Pəlikeş kənd sakini V.Qüdrətova və Masallı rayonunun Mahmudavar kənd sakini B.Rəhimova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Lakin polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar şəhər ərazisində taksidə aşkar edilərək təcili tibbi yardımla yaşadıqları ünvana qaytarılıblar.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi istiqamətində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri