30 
Noy
2020
14:44
356
6
1873
Virtual karabakh

Yollardakı minaların təmizlənməsi ilə bağlı AÇIQLAMA: Tərtərdən Suqovuşanadək...

30 Noy, 2020
14:44
1873

Yollardakı minaların təmizlənməsi ilə bağlı AÇIQLAMA: Tərtərdən Suqovuşanadək...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Artıq Tərtərlə Suqovuşanı birləşdirən yolun minalardan təmizlənməsi işləri görülür. Yolun 10 kilometrindən səkkiz kilometri təmizlənib”. 

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov mətbuat konfransda bildirib. 

O qeyd edib ki, yaxın iki-üç gün ərzində Tərtərlə Suqovuşanı birləşdirən yolun minalardan təmizlənməsi başa çatacaq:

“Xudafərin körpüsü ətrafında iki ədəd partlamamış hərbi sursat aşkar edilib. Hazırda yaşayış məntəqələrində, işğaldan azad olunmuş ərazilərdə humanitar dəhlizlərin yaradılması və əhali arasında maarifləndirmə işi aparılması yönündə çalışılır. 

Tərtər rayonundan Suqovuşan kəndinə çəkiləcək avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan təmizlənilməsi əməliyyatı davam edir. 76 ədəd tank əleyhinə mina, 118 ədəd piyada əleyhinə mina, altı ədəd tank əleyhinə minanın partladıcısı, altı ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib”, - deyə o qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri