30 
Noy
2020
17:48
43
210
1839
Virtual karabakh

Qumral Ələkbərova: “Bu günə qədər 238 koronavirus xəstəsinə immun plazma köçürülüb”

30 Noy, 2020
17:48
1839

Qumral Ələkbərova: “Bu günə qədər 238 koronavirus xəstəsinə immun plazma köçürülüb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu günə qədər 238 koronavirus xəstəsinə immun plazma köçürülüb. Ümumilikdə isə ölkədə 180 nəfər donor olmaq üçün müraciət edib”.

Bu barədə Oxu.Az-a açıqlamasında TƏBİB-in Mikrobiologiya İşçi Qrupunun rəhbəri Qumral Ələkbərova məlumat verib.

O bildirib ki, ölkədə koronavirusdan sağalanların sayı çox olsa da, donor kimi müraciət edənlərin sayı azdır:

“Bu, onunla əlaqəli deyil  ki, insanlar xəstəlib sağaldıqlarını gizlədirlər. Xeyr, bu fikirlər əsassızdır. Sadəcə olaraq, koronavirusa yoluxub sağalan insanların hər birinin orqanizmində anticism formalaşmır. Donor olmaq üçün müraciət edən şəxslərin uyğunluğu yoxlanılır.

Uyğunluq yoxlanıldıqdan sonra donor kimi onların qanından götürülən plazmadan ağır vəziyyətdə olan koronavirus xəstələrinin müalicəsində istifadə edilir. Bu günə qədər 238 xəstəyə COVID-19 plazması köçürülüb”.

Q.Ələkbərova donor olmaq istəyən şəxslərlə bağlı müəyyən normalar barədə də məlumat verib:

“Donor olmaq üçün 18-60 yaş arası kişilər və hamiləlik keçirməmiş qadınlar müraciət edə bilər. Onlar ilkin yoxlamalardan keçiriləcək, əgər qanda anticism aşkarlanarsa, onlardan immun plazma toplanılır və kritik vəziyyətdə olan xəstələrə vurulur. İmmun plazma köçürülməsinin effektivliyi tək ölkəmizdə deyil, beynəlxalq təcrübədə yoxlanılıb və sübuta yetirilib”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri