Dek
2020
14:09
134
29
1576
Virtual karabakh

Azərbaycanda mobil vasitələr bazar payına görə yenə liderdir

1 Dek, 2020
14:09
1576

Azərbaycanda mobil vasitələr bazar payına görə yenə liderdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkədə mobil vasitələrin bazar payı yenidən yüksək olub.

Oxu.Az-ın “Global Stats”dan əldə etdiyi məlumata əsasən, oktyabr ayında bazarda masaüstü vasitələrin payı üstünlük təşkil etsə də, noyabr ayında mobil vasitələr daha çox paya sahib olub.

Belə ki, ötən ay ərzində mobil vasitələrin bazar payı 56,27 faiz təşkil edib. Oktyabr ayında isə bu göstərici 45,88 faiz olub və masaüstü vasitələrin bazardakı payını üstələyə bilməyib. Noyabr ayında isə mobil vasitələr istifadə dairəsinə görə ölkədə birinci olub.

Müvafiq dövrdə masaüstü vasitələrin bazardakı payı isə 42,49 faiz təşkil edib. Bununla da istifadə dairəsinə görə masaüstü vasitələr ölkədə ikinci pillədə qərar tutub. Oktyabr ayında isə masaüstü vasitələrin bazar payı 52,7 faiz təşkil edib.

Azərbaycan bazarlarında tablet istifadəçilərin sayı isə yenidən azalıb. Noyabr ayında bu vasitələrin bazardakı payı 1,24 faiz təşkil edib. Halbuki oktyabr ayında bu göstərici 1,42 faiz olub.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri