Dek
2020
14:30
286
26
2379
Virtual karabakh

Azərbaycanda əhalinin İOS cihazlarına olan marağı azalıb

1 Dek, 2020
14:30
2379

Azərbaycanda əhalinin İOS cihazlarına olan marağı azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda “Android”in bazar payı yenidən yüksək olub.

Oxu.Az-ın “Global Stats”dan əldə etdiyi məlumata əsasən, noyabr ayında bazarda “Android” istifadəçilərinin sayı 48,03 faiz təşkil edib.

Oktyabr ayında isə bu göstərici 36,63 faiz olub və “Android”in bazardakı payı “Windows”a nisbətən azalıb. Noyabr ayında “Android” istifadəçilərinin sayına görə bazara liderlik edib.  

Eləcə də, bu dövr ərzində bazarda “Windows” istifadəçilərinin sayı azalıb. Oktyabr ayında bazara liderlik edən “Windows”un noyabr ayı ərzində istifadəçilərinin sayı 38,26 faiz təşkil edib. Halbuki bu göstərici oktyabr ayında 46,57 faiz idi.

İOS istifadəçilərinin sayında isə azalma müşahidə olunub. Belə ki, bu cihazlardan istifadə edən şəxslərin sayı 8,84 faiz təşkil edib. Bu göstərici oktyabr ayında 10,31 faiz olub.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri