Dek
2020
17:06
825
12
6110
Virtual karabakh

Qəmzəli gülüş, “Vətən yaxşıdır” deyən məlahətli səs: Qarabağ Müharibəsinin Xudayar dastanı - VİDEOREPORTAJ

1 Dek, 2020
17:06
6110

Qəmzəli gülüş, “Vətən yaxşıdır” deyən məlahətli səs: Qarabağ Müharibəsinin Xudayar dastanı - VİDEOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdədə dünyaya gələn 22 yaşlı şəhid Xudayar Müslüm oğlu  Yusifzadə... Gizir şəhid İkinci Qarabağ müharibəsində,  oktyabrın 22-də Zəngilanın Ağbənd qəsəbəsinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.

Məlahətli, ürəyəyatımlı səsi ilə oxuduğu “Vətən yaxşıdır” mahnısı ilə tanıdıq onu. Vətən torpağına ayaq basmanın xoşbəxtliyi gülən gözlərindən oxunurdu. Cəbhədə canı-qanı ilə vuruşan minlərlə vətən övladından biri idi gizir Xudayar Yusifzadə. Ölümündən əvvəl çəkilən görüntüləri ilə hər kəs sevdi onu.

22 yaşlı gənc doğulandan 24 gün sonra atasını itirib. Xudayar evin sonbeşiyi idi: üç qardaş, bir bacının ən kiçiyi. Atasız böyüyən Xudayarı nənə-babası himayəsinə götürür. Atasından qalan ev Xudayar hərbi xidmətdə olanda elektrik naqillərinin qısaqapanmasından yanaraq kül olduğundan kirayələrdə qalırdı. İşləmək üçün paytaxta yollanan Xudayar və ailəsi taleyin çətinlikləri qarşısında əyilməyib.

Daha ətraflı Baku TV-nin videoreportajında:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri