Dek
2020
17:18
14
278
2163
Virtual karabakh

Bakıda 19 yaşlı oğlanı bıçaqladılar

1 Dek, 2020
17:18
2163

Bakıda 19 yaşlı oğlanı bıçaqladılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Səbail rayonunda bir nəfərin yaralanması ilə nəticələnən bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-a bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Belə ki, noyabrın 30-da saat 20:15 radələrində Yaşar Bədəlov küçəsində 2000-ci il təvəllüdlü paytaxt sakini Kərim Əliyev və 2004-cü il təvəllüdlü Neftçala sakini Fateh Dadaşzadə mübahisə zəminində 2001-ci il təvəllüdlü Elvin Atakişiyevi döyüblər. Eyni zamanda, K.Əliyev ona iki bıçaq zərbəsi endirib, nəticədə yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Cinayətkarlar 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə məsuliyyətə cəlb olunublar.

Faktla bağlı araşdırma davam edir.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri