Dek
2020
21:59
519
32
1328
Virtual karabakh

Gənclər təşkilatları Ulu öndərin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər - FOTO

1 Dek, 2020
21:59
1328

Gənclər təşkilatları Ulu öndərin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 10-da müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun döyüş meydanında əldə etdiyi ardıcıl zəfərlər nəticəsində Ermənistanın kapitulyasiyaya məcbur edilməsi və imzalanmış müvafiq bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonlarından işğalçı qüvvələrin çıxarılması ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə gənclər təşkilatlarının təmsilçiləri Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Gənclər Ümummilli Liderin məzarı önündə bugünkü qələbələrin memarı olan Ulu öndərə dərin hörmət və ehtiramlarını ifadə ediblər. Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən gənclər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunu yad edərək, bu parlaq zəfərə gətirən yolda şəhidlərimizin müqəddəs rolunu qeyd ediblər.

Ziyarət zamanı gənclər Müzəffər Ali Baş Komandanı vəsf edib, Azərbaycan bayraqlarını dalğalandırıblar. Gənclər Azərbaycanın əzəli torpaqlarının 30 ilə yaxın davam etmiş işğalına son qoyduğu, bir milyon qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına qayıtmaq arzusuna qovuşmağına şərait yaratdığı üçün Azərbaycan gəncliyi adından Prezident İlham Əliyevə təşəkkür ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri