Dek
2020
13:24
115
16
1220
Virtual karabakh

Xarici vətəndaşların ölkədə bank kartları ilə apardığı əməliyyatların həcmi məlum olub - FOTO

2 Dek, 2020
13:24
1220

Xarici vətəndaşların ölkədə bank kartları ilə apardığı əməliyyatların həcmi məlum olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 720,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.  

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayında məlumat verilib.

Bildirilib ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, 3,7 dəfə azdır. Səbəb isə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə müvəqqəti məhdudiyyətlərin tətbiq olunmasıdır ki, cari ilin aprel-oktyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalma müşahidə olunub və səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

2020-ci ilin oktyabr ayında xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 24,9 milyon manat təşkil edib. 2020-ci ilin yanvar-oktyabr ayında isə əcnəbilər bank kartları vasitəsilə 379,1 milyon manatlıq əməliyyat aparıblar.

Qeyd edilib ki, COVID-19 pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri