Dek
2020
14:44
162
43
1189
Virtual karabakh

Gədəbəydə evini tərk edən COVID-19 xəstələri aşkarlandı

2 Dek, 2020
14:44
1189

Gədəbəydə evini tərk edən COVID-19 xəstələri aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gədəbəydə yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Gədəbəy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Səbətkeçməz kənd sakinləri Asəf Mehvalıyev və Şəhla Bağırova ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanları tərk etmələri müəyyən edilib. Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndəriblər. 

Faktlarla bağlı RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət  Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri