Dek
2020
15:51
115
21
958
Virtual karabakh

Azərbaycan Milli Abilimpiya Federasiyası ilə UNICEF arasında memorandum imzalandı

Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyası (MAF) ilə UNICEF-in Azərbaycan nümayəndəliyi arasında anlaşma memorandumu imzalanıb.

Bu gün MAF prezidenti İlqar Rəhimov UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin və Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Vada Cüniçi arasında videokonfrans formatında görüş baş tutub.

Görüş zamanı Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyası və UNICEF-in Azərbaycan nümayəndəliyi arasında anlaşma memorandumu imzalanıb. Sənədi MAF-ın prezidenti İ.Rəhimov və UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri E.Karvardin imzalayıb. Memorandum MAF-ın 2020-2024-cü illər üçün Strateji Fəaliyyət Planına töhfə verəcək fəaliyyətin inkişafı və yerinə yetirilməsinə dair müstəsna münasibətləri əhatə edəcək. Memorandum 3 dekabr – Beynəlxalq Əlillər Günü ərəfəsində imzalanıb.

İ.Rəhimov görüş zamanı bildirib ki, artıq federasiya dövlət qeydiyyatından keçib və Beynəlxalq Abilimpiya Federasiyasına üzv seçilib. Federasiya Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzi, Gənclər və İdman Nazirliyi, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Sosial Təşəbbüslər Mərkəzi və Təhsil Nazirliyinin peşə-təhsil sistemi ilə sıx əməkdaşlıq edəcək.

Abilimpiya hərəkatı vasitəsi ilə ölkəmizdə yaşayan əlilliyi olan şəxslər öz peşə bacarıqlarını inkişaf etdirməklə gələcəkdə məşğulluq və özünüməşğulluq proqlamlarında iştirak edəcəklər. Azərbaycanda Abilimpiya Hərəkatı üçün qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi, eyni zamanda özəl sektoru təmsil edən qurumlar da daxil olmaqla, qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyət göstərmək üçün işlər görüləcək. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Vətən müharibəsində iştirak etmiş qazilərin də bu hərəkata cəlb edilməsi ilə bağlı işlər aparılacaq.

İ.Rəhimov həmçinin bildirib ki, 2021-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək X Beynəlxalq Abilimpiya Çempionatında iştirak edəcək milli komandanın formalaşdırılması məqsədilə yerli yarışların keçirilməsi də nəzərdə tutulub. Bu yarışlarda əlilliyi olan şəxslər 100-dən çox peşə sahələrində öz bacarıqlarını göstərəcəklər.

UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin öz növbəsində MAF ilə əməkdaşlığa böyük önəm verdiyini deyib. Abilimpiya Hərəkatında iştirak etmək üçün uyğun gələn sağlamlıq imkanları məhdud olan uşaq və yeniyetmələrin məlumat bazası yaradılacaq. Uşaq və gənclərin abilimpiya bacarıqlarına yönəlmiş fəaliyyətləri hazırlanacaq, təhsil sistemi də daxil olmaqla, sosial məlumatlandırma və ümumiyyətlə sosial inklüzivlik vasitəsilə (ayrı-seçkiliyin aradan qaldırılmasına yönəldilmiş) Azərbaycanda Abilimpiya Hərəkatının təşviqi üzrə birgə maraqların qorunması üçün işlər görüləcək.

Səfir Vada Cüniçi öz növbəsində ölkəsinin abilimpiya dəyərlərinə önəm verdiyini bildirib, MAF və Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən Beynəlxalq Abilimpiya Federasiyası ilə əlaqələrin qurulmağını vacib hesab edir. V.Cüniçi müxtəlif sahələrdə sosial proqramlar çərçivəsində birgə iş qurulmasını dəstəklədiyini bildirib və Yaponiya səfirliyinin federasiyanın inkişafı üçün birgə proqramların keçirilməsini və gələn il Yaponiyada baş tutacaq Milli Abilimpiya günlərində MAF-ın nümayəndə heyətinin iştirakını təklif edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri