Dek
2020
16:09
215
11
2219
Virtual karabakh

Biləsuvarda oğurluq edən şəxs saxlanılıb - FOTO

2 Dek, 2020
16:09
2219

Biləsuvarda oğurluq edən şəxs saxlanılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayondakı qapı-pəncərə sexlərindən birindən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Biləsuvar rayonunun ərazisindəki qapı-pəncərə sexlərindən birindən müxtəlif adda ümumilikdə 1790 manat dəyərində qapı və pəncərə düzəltmək üçün istifadə olunan avadanlıqların oğurlanması ilə bağlı Biləsuvar RPŞ-yə müraciət edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Biləsuvar şəhər sakini S.Abdallı olduğu müəyyən edilib. Oğurlanmış avadanlıqların bir qismi həmin şəxsdən aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri