Dek
2020
17:06
152
29
2418
Virtual karabakh

Əmanətlərin tam sığortalanması müddəti uzadılır? - AÇIQLAMA

2 Dek, 2020
17:06
2418

Əmanətlərin tam sığortalanması müddəti uzadılır? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əmanətlərin tam sığortalanması haqqında” qanununun müddətinin uzadılması ilə bağlı layihə hələ ki, Milli Məclisə daxil olmayıb.

Bu barədə Oxu.Az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, belə bir layihə təqdim edildikdə mexanizmin necə olacağına baxmaq lazımdır.

“Report” məlumat yayıb ki, qanun layihəsi artıq hazırlanıb və yaxın müddətdə Milli Məclisə təqdim edilməsi gözlənilir.

Qeyd edək ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanun 2016-cı ildə üç il müddətinə qəbul edilib, 2019-cu və 2020-ci illərdə qanunun müddəti iki dəfə uzadılıb. 

“Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddəti 4 dekabr 2020-ci ildə bitir. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri