Dek
2020
17:18
662
17
3910
Virtual karabakh

Həm yarış meydanında, həm də cəbhədə düşmənin belini qıran qazimiz Yusif Əhmədov – VİDEO

2 Dek, 2020
17:18
3910

Həm yarış meydanında, həm də cəbhədə düşmənin belini qıran qazimiz Yusif Əhmədov – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kempo-karate idman növü üzrə 4 qat dünya, 2 qat Avropa çempionu, Ulu öndərin adını daşıyan “Heydər Əliyev” kəmərinin sahibi Yusif Əhmədov Cəbhəyə dörd dəfə rəsmi müraciət etdikdən sonra aparılıb. 

Baku TV xəbər verir ki, döyüşlərdə düşmənə  qarşı qəhrəmanlıqla vuruşaraq, yaralanan qazimiz hazırda müalicə alır.

Yusif Əhmədov illər öncə həqiqi hərbi xidmət keçdiyi dövrdə kəşfiyyat tağımında olub. İkinci Qarabağ savaşında ərazilərimizin işğaldan azad olunması istiqamətində keçirilən əməliyyatlarda fəal iştirak edib. Son döyüşünü isə o, Xocavənd rayonunda aparıb.

Bu gün çempion qazimizin ayaq və bel nahiyələrində sınıqları var. Düşmən mərmisi qəhrəman qazimizin yaxınlığına düşüb. Artıq bədəninin yaraları sağalır, normal həyata qayıdır.

Qəhrəmanımız həm yarış meydanında, həm də cəbhədə düşmənin cavabını verdiyi üçün qürurludur.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri