Dek
2020
18:33
824
25
3557
Virtual karabakh

Türkiyəli iş adamlarından şəhid ailələrinə dəstək təşəbbüsü

2 Dek, 2020
18:33
3557

Türkiyəli iş adamlarından şəhid ailələrinə dəstək təşəbbüsü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda fəaliyyət göstərən türk iş adamlarının təşəbbüsü ilə Dağlıq Qarabağdakı döyüşlərdə şəhid olan əsgər ailələrinə və qazilərə kömək təşəbbüsünə başlanıb.

“Anadolu” agentliyi xəbər verir ki, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Dərnəyi (TÜİB) başçısı Hüseyn Büyükfırat ilə Azərbaycandan olan deputat Ramil Həsənin başlatdığı “Bir millət, bir ürək” təşəbbüsünün təqdimatı olub.

İclasda çıxış edən millət vəkili Ramil Həsən əsas məqsədlərinin “ilk mərhələdə şəhid ailələrinə və qazilərə təcili ehtiyacları ilə bağlı kömək etmək” olduğunu bildirib.

O, növbəti mərhələdə işğaldan azad edilmiş bölgələrdə dövlət tərəfindən elan ediləcək infrastruktur və inkişaf layihələrində iştirak edəcəklərini qeyd edib.

Şəhid uşaqlarına Türkiyədə təhsil verəcəkləri barədə məlumat verən R. Həsən bu mövzuda dəstəyini əsirgəməyən Türkiyə hökumətinə və türkiyəli iş adamlarına təşəkkürünü bildirib.

Büyükfırat çıxışında qeyd edib ki, “Bir millət, iki dövlət” ifadələrinin yalnız sözdə deyil, iki ölkə arasındakı qardaşlıq əlaqələrini gücləndirməyə çalışacaqlar.

O, şəhid uşaqlarının təhsilinə dəstək verəcəklərini də vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri