Dek
2020
09:52
108
9
2625
Virtual karabakh

FHN-in sabiq şöbə rəisinin həbs müddəti artırıldı

3 Dek, 2020
09:52
2625

FHN-in sabiq şöbə rəisinin həbs müddəti artırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Hərbi Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron regional şöbəsinin sabiq rəisi Abdullayev Abdulla Əbülfəz oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

“Report” xəbər verir ki, hakim Camal Ramazanovun sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, təqdimat təmin edilib və A.Abdullayevin həbs müddəti artırılıb.

Qeyd edək ki, A.Abdullayev balıqçılardan rüşvət qismində pul almaqda təqsirləndirilərək həbs edilib.

Ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri