Dek
2020
16:25
201
281
1381
Virtual karabakh

SOCAR Gürcüstana 1,1 milyard dollardan çox investisiya qoyub

3 Dek, 2020
16:25
1381

SOCAR Gürcüstana 1,1 milyard dollardan çox investisiya qoyub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“SOCAR Enerji Gürcüstan”nın xalis gəlirlərinin həcmi 50,5 milyon manat təşkil edib. 2018-ci ilə nisbətən Gürcüstandakı şirkətin xalis gəlirlərinin həcmi 10,3 faiz azalıb.

Bu barədə Dövlət Neft Şirkətinin “Davamlı İnkişaf - 2019” hesabatında məlumat verilib.

Belə ki, şirkətin ümumi gəlirlərinin həcmi isə 1 milyard 50,8 milyon manat olub ki, bu əvvəlki illə müqayisədə 4,3 faiz çoxdur.

SOCAR-ın Gürcüstandakı törəmə şirkətin ümumi xərclərinin həcmi isə 1 milyard manat civarında olub. O cümlədən, əməliyyat xərcləri 920,9 milyon manat, əməkhaqqı, sosial müdafiə və imtiyazlara 42,6 milyon manat sərf edilib.

Eləcə də, 2007-2019-cu illər ərzində SOCAR tərəfindən Gürcüstan iqtisadiyyatına 1,1 milyard dollardan çox investisiya qoyulub.

Hazırda Gürcüstanda “SOCAR Enerji Gürcüstan”, “SOCAR Georgia Petroleum”, “SOCAR Georgia Gas”, “SOCAR Georgia Security” şirkətləri və “Kulevi” neft terminalı uğurla fəaliyyət göstərir və 12 il ərzində bu qurumlar tərəfindən Gürcüstanın dövlət büdcəsinə 1,5 milyard dollar həcmində vergi ödənilib. Bu məbləğ SOCAR-ın Azərbaycan büdcəsinə tək bir il ərzində ödədiyi məbləğə təqribən bərabərdir. 

“SOCAR Georgia Gas” MMC ölkə daxilində 715 mindən çox abunəçiyə təbii qaz verir.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri