Dek
2020
17:42
1126
20
8394
Virtual karabakh

Qaxda 19 yaşlı şəhidin ailəsinə ev tikilir - VİDEO

3 Dek, 2020
17:42
8394

Qaxda 19 yaşlı şəhidin ailəsinə ev tikilir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vətən Müharibəsi”ndə şəhid olan Qax sakini 19 yaşlı Nicat Mənəfovun ailəsinə ev tikilir. 

Baku TV xəbər verir ki, bu xeyirxah əməli rayon rəhbərliyi və rayonda fəaliyyət göstərən iş adamları yerinə yetirirlər. Qax rayonunun Qaradolaq kəndində doğulan Nicat Mənəfov sentyabrın 27-də başlayan Vətən müharibəsinin qəhrəman əsgərlərindən biri olub. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan 19 yaşlı qəhrəmanımız indi hər kəsin qürur mənbəyidir. Döyüşlərdə Mənəfovlar ailəsinin iki üzvü, Nicatla bərabər onun qardaşı Azər Mənəfov da iştirak edib.

Azər döyüşlərə könüllü olaraq qatılıb. Qardaşının şəhid olmasından sonra evinə qayıdıb. Şəhidin ailəsinin mənzil şəraiti normal olmadığından rayon rəhbərliyi və rayonda fəaliyyət göstərən bəzi iş adamları və şirkətlərin maddi dəstəyi ilə şəhidin ailəsinə üç otaqlı ev tikilir. Nicatın şəhid olmasından dərhal sonra tikintisinə başlanılan evdə artıq tamamlanma işləri görülür.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri