Dek
2020
17:58
1014
30
5610
Virtual karabakh

SOCAR əməkdaşı: “Füzulidən Şuşayadək keçdiyim döyüş yolunda...”

3 Dek, 2020
17:58
5610

SOCAR əməkdaşı: “Füzulidən Şuşayadək keçdiyim döyüş yolunda...”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsində iştirak edən minlərlə Azərbaycan oğulları sırasında 500 nəfər SOCAR əməkdaşı da var.

Bu barədə Dövlət Neft Şirkətindən məlumat verilib. 

İkinci Qarabağ Müharibəsində iştirak edən, Qubadlı, Zəngilan və Laçın döyüşlərinin könüllü əsgəri Fürüddin Muradov da onlardan biridir. Bildirilib ki, SOCAR-ın “Azneft” İB-də çalışan 25 yaşlı qəhrəmanımız torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə ön sıralarda ölümə və düşmənə meydan oxuyan xüsusi təyinatlı əsgərimizdəndir.

Döyüş əməliyyatlarının birində mərmi partlaması nəticəsində yaralanan həmkarımız hospitalda müalicə olunur. Səbirsizliklə xəstəxananı tərk edəcəyi günü, əsgər yoldaşlarına qatılacağı günü gözləyir. 

Eləcə də, SOCAR “Azərikimya” İB-nin etilen-polietilen zavodunda növbə rəisi, leytenant Rasim Həmidov da Vətən müharibəsində şərəflə iştirak etmiş, SOCAR ailəsinin yüzlərlə, “Azərikimya” ailəsinin onlarla qəhrəmanından biridir. 

O düşməndən azad etdiyi torpaqlardan SOCAR-ın “Azərikimya” ailəsini, xüsusilə üzvü olduğu etilen-polietilen zavodunun kollektivini salamlayıb:

“Öz adımdan, şəxsi heyətin və döyüş yoldaşlarımın adından xalqımızı bu böyük Qələbə münasibətilə təbrik edirəm! Füzulidən Şuşayadək keçdiyim döyüş yolunda xalqımızın, dövlətimizin dəstəyini, analarımızın, bacılarımızın dualarını hiss etdik. Qalib Ordumuz Ali Baş Komandanımızın ifadə etdiyi bir cümləni əməli ilə sübut etdi. Qarabağ Azərbaycandır və nida! Yaşasın Azərbaycan Ordusu!!!”.

 

Eləcə də, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Vətən Müharibəsində iştirak edən əməkdaşı Fürüddün Muradov oktyabr ayının 8-də könüllü olaraq cəbhəyə yollanan əsgərlərimizdəndir. 

Fürüddün hərbi xidmətdə qazandığı bacarıq və təcrübələrindən istifadə edərək, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının işğaldan azad edilməsi və bir neçə strateji əhəmiyyətli yüksəkliklərin ələ keçirilməsində fəal iştirak edib. Yüksək atıcılıq və döyüş qabiliyyətinə malik olan Fürüddün mənfur düşmənə göz açmağa imkan verməyərək dəfələrlə düşmənlə yaxın məsafədə döyüşüb, düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib.

Döyüşlərdə oğlu ilə bir yerdə iştirak edən mayor Çingiz Qəhrəmanov öz müsahibələrindən birində qeyd edir: “Gənclərimiz var idi ki, Fürüddün, Xalid döyüşdə erməninin üstünə qorxu bilmədən dik gedirdilər”. 

Müəssisədə tornaçı peşəsində çalışan Dəyanət Məmmədov da qəhrəman neftçilərimiz sırasındadır. Həmçinin, şirkətin əməkdaşı Naim Həmidov da adını Vətən Müharibəsinin qəhrəmanları sırasına yazdıran oğullarımızdandır. Naim onun yolunu gözləyən 2 yaşlı oğlu üçün əsl qəhrəmanlıq nümunəsidir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri