Dek
2020
09:30
194
16
852
Virtual karabakh

Bərdədə yaşayış yerini tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı

4 Dek, 2020
09:30
852

Bərdədə yaşayış yerini tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdədə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsinə qarşı cinayət işi başlanılıb.

Bu barədə Bərdə Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Bərdə rayon sakini 1955-ci il təvəllüdlü Məmmədov Çingiz Rəhim oğlu COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə 02.12.2020-ci il tarixində Bərdə rayonu ərazisində rayon sakinləri ilə təmasda olmaqla epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Bərdə Rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri