Dek
2020
10:21
123
13
1202
Virtual karabakh

“Bank BTB”dən özünüməşğulluq proqramına dəstək kampaniyası davam edir

4 Dek, 2020
10:21
1202

“Bank BTB”dən özünüməşğulluq proqramına dəstək kampaniyası davam edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bank BTB” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində aktivliyi davam etdirir.

Bu dəfə “Bank BTB” Özünüməşğulluğa Dəstək proqramı çərçivəsində müxtəlif fəaliyyət sahələri ilə məşğul olan altı aztəminatlı ailəyə öz seçimlərinə uyğun olaraq lazımi avadanlıq və ləvazimatlarla yardım etdi.

Qeyd edək ki, Proqram iştirakçılarından biri fiziki məhdudiyyətli, beşi isə aztəminatlı olmaqla, Gəncə, Naftalan, Göygöl, Salyan, Xaçmaz və Bakı şəhərlərində yaşayan şəxslərdir. 

Həmin şəxslərdən Məhərrəmova Məlahət, Dadaşova Lalə, Məlikova Hüsniyyə və Manafov Rəfail dərzilik fəaliyyəti, Məhərrəmova Aynurə və Süleymanova Nazilə gözəllik salonu açmaqla kiçik bizneslərini qurmaq istiqamətində “Bank BTB”dən mal və materiallarla təmin edilib.

Qeyd edək ki, “Bank BTB” KSM layihələrinə daim diqqət ayıraraq ilkin mərhələdə üç, daha sonra isə altı şəxsə dəstək olaraq, bundan sonra da bu kimi təşəbbüslərini davam etdirməyi planlaşdırır.

Məlumat üçün bildirək ki, “Bank BTB” 2010-cu ildə təsis olunub və universal bank olaraq müştərilərin məmnunluğunu təmin etmək məqsədilə bütün növ bank xidmətləri göstərir.

Bankın məhsul, xidmət və kampaniyaları barədə məlumat almaq üçün müştərilər Bank BTB-nin onlayn müraciət kanalları olan “Facebook” (www.facebook.com/bankbtb) və “Instagram” (www.instagram.com/bankbtb/) səhifələrindən, eləcə də, 055 3000 946 “WhatsApp” (https://wa.me/994553000946) nömrəsindən istifadə edə bilərlər.

Həmçinin, (012) 946 nömrəli məlumat mərkəzi və bankın www.btb.az rəsmi internet səhifəsi də həftəiçi beş gün müştərilərin xidmətindədir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri