Dek
2020
11:30
327
13
2503
Virtual karabakh

Bakıda mağazalardan oğurluqlar edən şəxs tutuldu - FOTO/VİDEO

4 Dek, 2020
11:30
2503

Bakıda mağazalardan oğurluqlar edən şəxs tutuldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Binəqədi rayonunda yerləşən elektronika mağazasından dəyəri 4 599 manat olan noutbuk naməlum şəxs tərəfindən oğurlanıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumatda qeyd olunub.

Daxil olan məlumat əsasında Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən oğurluq edən şəxsin axtarışlarına başlanılıb.

Əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini Nicat Qasımov saxlanılıb.

Polis Bölməsində araşdırma aparılan zaman onun Nəsimi rayonunda da oğurluq etdiyi üçün Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu müəyyən edilib.

Qeyd edək ki, Nicat Qasımov ifadəsində ayrı-ayrı vaxtlarda paytaxtın müxtəlif rayonlarında yerləşən “Baku Elektronics” və “Kontakt Home” mağazalarından ümumilikdə altı dəfə oğurluq etdiyini etiraf edib.

O, oğurladığı telefon və noutbukları isə satdığını bildirib. Nicat Qasımovun qeyd edilən mağazalardan oğurluq etməsi həmin obyektlərin müşahidə kameraları vasitəsilə də lentə alınıb.

Nicat Qasımov barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri