Dek
2020
16:16
425
13
1169
Virtual karabakh

Cüdoçularımız şəhidlərimizi bir dəqiqəlik sükutla yad edib

4 Dek, 2020
16:16
1169

Cüdoçularımız şəhidlərimizi bir dəqiqəlik sükutla yad edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad edilib.

İnsanlar şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən, gəmilərdən səs siqnalları verilib.

Cüdo üzrə kişilərdən və qadınlardan ibarət Azərbaycan milli komandasının üzvləri də şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qeyd edək ki, sükut dəqiqəsi Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncamı ilə elan olunub.

Xatırladaq ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu həlak olub. Hərbi əməliyyatlar zamanı yaralanmış 1245 əsgər və zabitin tibb müəssisələrində müalicəsi davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri