Dek
2020
19:15
367
22
1318
Virtual karabakh

“Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verilib - FOTO

4 Dek, 2020
19:15
1318

“Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı, bütün könüllü təşkilatlarının iştirakı ilə “Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verilib.

4-5 dekabr tarixlərini əhatə edəcək Forum çərçivəsində müxtəlif silsilə tədbirlər həyata keçirilməsi planlaşdırılıb.

Forumun ilk günündə Vətən müharibəsi şəhidlərinin anım günü ilə əlaqədar olaraq könüllü təşkilatlarının rəhbərləri və könüllülərin iştirakı ilə Şəhidlər Xiyabanı və Ulu Öndərin məzarı ziyarət edilib.

Könüllülər Azərbaycanın düşmən üzərində qazandığı şanlı qələbə, 30 ilə yaxındır ki davam edən işğala son qoyulması, eləcə də bir milyona yaxın qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına qayıtması münasibətilə Cənab Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna dərin minnətdarlığını ifadə edərək, şəhid qəhrəmanlarımızın xatirəsini yad edib, onların əziz xatirəsini hər zaman yüksək tutacaqlarını əsas vəzifələrindən biri kimi vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu çərçivəsində könüllülərin vahid platformada birləşməsini təmin edən və ölkənin ən böyük könüllü bazası olan Azərbaycan könüllülərinin elektron portalının təqdimatı həyata keçiriləcək.

5 dekabrda Bakı Konqres Mərkəzində Azərbaycan Könüllülərinin onlayn-canlı formatında III Həmrəylik Forumu keçiriləcək.

Forumda bir çox dövlət rəsmilərinin, könüllü təşkilatları rəhbərlərinin çıxışı, musiqili fasilələr, könüllülərin iştirakı ilə maraqlı videoçarxlar və müxtəlif nominasiyalar üzrə ilin ən fəal könüllülərinin mükafatlandırılması nəzərdə tutulur.

Tədbirin sonunda isə könüllülərin iştirakı ilə hədiyyəli intellektual yarış keçiriləcək.  

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri